Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) gələn il Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılmasına dəstək olacaq.
Bunu EBRD-in Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Fransis Malij "Report"a açıqlamasında deyib.
"EBRD gələn il Azərbaycanda çox böyük layihələrin icrasını nəzərdən keçirir. Bank Gəncədən Gürcüstan sərhədindəki "Qırmızı körpü"yədək olan avtomobil yolunun yenilənməsinə maliyyə vəsaiti ayırmağı düşünür. Həmçinin, Azərbaycanda ikinci dərəcəli yol şəbəkəsinin yaxşılaşdırılmasına investisiya yatırmağı davam etdirəcəyik", - deyə Bank rəsmisi qeyd edib.
F.Malij əlavə edib ki, EBRD gələn il də Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yerli kiçik və orta həcmli şirkətlər və banklarla işini davam etdirəcək: "2018-ci ildə icra ediləcək həmin yol infrastrukturu layihələrinin ümumi büdcəsi 300-500 mln. dollar arasında dəyişir".
Paylaş: