Xəbər lenti

 

Bu gün Milli Məclisdə İPS – Beynəlxalq Parlament Təqaüdü proqramı çərçivəsində Almaniya Bundestaqının müstəqil seçki komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Bundestaq tərəfindən maliyyələşdirilən İPS Azərbaycan gənclərinə Bundestaq üzvünün yanında Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesi ilə tanış olmaq, parlament fəaliyyəti sahəsində praktiki təcrübə toplamaq, həmçinin ölkənin siyasi, iqtisadi və mədəni həyatına yaxından bələd olmaq imkanı yaradır.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev çıxış edərək rəsmi görüşləri yüksək qiymətləndirib.

Nümayəndə heyətinin başçısı, Bundestaqın deputatı Yan Metsler Almaniya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının və parlament rəhbərlərinin qarşılıqlı səfərlərinin, həmçinin səfərlərin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, hazırkı səfərin məqsədi Beynəlxalq Parlament Təqaüdü proqramı çərçivəsində növbəti 15 həftəlik müddət üçün tələbə gənclər arasında seçim aparmaqdır.

Söhbət zamanı Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanla Almaniya arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün ciddi perspektivlər olduğunu qeyd ediblər. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 359          Tarix: 30-10-2019, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma