Xəbər lenti

 

Ağstafa rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Köçəsgər kəndinin sakinləri Məmmədov Qabil Ələsgər oğlu (1968) və Əlləcov Yüsif Əsgər oğlu (1959) kürək nahiyələrindən güllə yarası alıblar.

Yaralılardan biri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, digəri Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 224          Tarix: 31-10-2019, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma