Xəbər lenti

 

Tayvanın “Acer” şirkəti itlər üçün 3 “ağıllı” xalta hazırlayıb.

Oqat.com lent.az-a istinadən xəbər verir ki, bundan sonra iti olanlar öz heyvanının sağlamlıq durumuna nəzarət edə biləcəklər. Həmçinin, onun harada olduğunu birbaşa öz telefonlarından izləyə biləcəklər.

“iPuppyGo”, “WagTag” və “Munch” adlanan yeni məhsullar hər il keçirilən İFA konfransı çərçivəsində təqdim edilib. Elə orada “Acer” tərtibatçıları hər xaltanın iş prinsipini əyani nümayiş etdiriblər.

Bu cür fitnes-trekerlər saxladığı heyvanın durumunu daim nəzarətdə saxlamaq istəyən insanlar üçün çox gözəl vasitədir. Smart-xaltanın köməyi ilə itin nəbzini, əhval-ruhiyyəsini, ürək döyüntüsü, həmçinin evdən çıxıbsa, olduğu yeri müəyyənləşdirmək mümkün olacaq.

Qeyd edək ki, bundan əvvəl pişiklər və yenotlar üçün buna bənzər “ağıllı” cihazlar təqdim edilib.




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 31-08-2017, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma