Xəbər lenti
20-10-2018, 21:53
 
“Ölkəmizdə yeni rusdilli məktəblərin açılması barədə qərarı təqdir edirəm. Amma bununla yanaşı, ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir”.
Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib. O bildirib ki, Azərbaycanda ingilis dilli məktəblər var, lakin onlar çox bahalıdırlar. 
“İngilis dilli pulsuz məktəblərin olmasına ehtiyac var”. 
Rusiyanın Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətində olduğunu deyən Q. Həsənquliyev vurğulayıb ki, dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin ölkəmizdə filialının açılması istiqamətində işlər görülməlidir. 
Bundan əlavə, deputat xaricdə təhsil alan tələbələrin Azərbaycanda işləməsi məsələsinə toxunub. 
“Çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əmək haqqının azlığına görə çalışmaq istəmir, yenidən geri qayıdırlar. Həmin uşaqlar üçün fərqli maaş təklif etmək imkanı olmalıdır. Biz dövlət orqanları, idarə təşkilatları üçün belə bir imkan yaratmalıyıq ki, fərqli əmək haqqı imkanları yarada bilsinlər. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.(Modern.az)



Ana səhifəyə qayıt        Baxış: 40          Tarix: 12-10-2018, 21:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent