Xəbər lenti


Qazaxıstan respublikaya daxil olan Özbəkistan vətəndaşlarını Rusiyaya girişinin qadağan olunub-olunmadığını yoxlayacaq.

 

Ovqat.com xəbər verir ki, Qazaxıstan XİN bu barədə bildirib.

 

Nazirliyin bildirdiyinə görə,  bu yeni qayda Qazaxıstanla Rusiya arasında bağlanmış müvafiq sazişin tələblərindən irəli gəlir.

 

İnzibati və cinayət işləri ilə bağlı qərarların qarşılıqlı tanınması və icrası ilə bağlı Rusiya-Qazaxıstan ikitərəfli sazişlərinə uyğun olaraq, Qazaxıstan səlahiyyətli orqanları Rusiya Federasiyasının miqrasiya və digər qanunvericiliyinin pozulması və ya ödənilməmiş cərimələrin olub olmadığını yoxlayır”, - Qazaxıstan XİN-in məlumatında bildirilir. 

 

Vurğulanır ki, Rusiya Federasiyasında olduğu müddətdə pozuntu və ya ödənilməmiş cərimə aşkar edilərsə, Qazaxıstan hakimiyyəti Özbəkistan vətəndaşının Qazaxıstana giriş və ya çıxışının qarşısını almaq barədə qərar qəbul edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 971          Tarix: 8-05-2024, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma