Xəbər lenti
7-03-2019, 22:48

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Bakı SOS Uşaq Kəndi”ni ziyarət ediblər.

İnstitutun rektoru Ceyhun Məmmədov çıxışı zamanı qeyd edib ki,  Aİİ tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanmasının təmini məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında yaradılmış yeni ali təhsil müəssisəsidir.

 

C.Məmmədov bildirib ki, cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının vəzifəsidir. Azərbaycanda kimsəsiz uşaqlara qayğının dövlət siyasəti olduğunu qeyd edən rektor vurğulayıb ki, ölkəmizdə uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət ayrılır.

“Bakı SOS Uşaq Kəndi”nin koordinatorları yaradılan şərait və burada məskunlaşan valideyn himayəsindən məhrum uşaqlar haqqında məlumat veriblər.

Uşaq kəndinin balaca sakinləri, valideyn himayəsindən məhrum uşaqlar görüşü böyük sevinclə qarşılayaraq,  şeirlər söyləyib, mahnılar səsləndiriblər. İnstitutun tələbələri uşaqlara nağıl kitabları, yazı ləvazimatı, oyuncaqlar təqdim ediblər. Sonda birgə xatirə şəkli çəkdirilib.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif layihələr keçirir.




Ana səhifəyə qayıt        Baxış: 169          Tarix: 25-12-2018, 21:05      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent