Xəbər lenti

“İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin nəzdində fəaliyyət göstərəcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sonrakı mərhələdə İlahiyyat İnstitununa ayrıca binanın verilməsi və ya kampusun tikilməsinin nəzərdə tutulduğunu deyən komitə sədri əlavə edib ki, bu il instituta qəbul aparılacaq.

O bildirib ki, ilkin mərhələdə iki fakültə üzrə 60 nəfər qəbul ediləcək və təhsil ödənişsiz olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 1-05-2018, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma