Xəbər lenti

 

Paytaxtdan bölgələrə üz tutduqda yol kənarında xeyli restorana rast gəlirik. Əksəriyyətində də spirtli içki satılır. Nəzərə alsaq ki, bu restoranlarda yeyib-içənlərin hamısı yol hərəkət iştirakçılarıdır, onda belə sual ortaya çıxır: yol kənarındakı restoranlarda spirtli içki satmaq düzgündürmü? Bununla bağlı sürücülərin və sərnişinlərin münasibətini öyrənmişik.

Ovqat.com-un məlumatına görə, yol kənarındakı restoranlarda spirtli içkinin satılmasını normal qarşılayan da var, qəbul etməyən də.

Araşdırmamız zamanı məlum olub ki, Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində az da olsa bir neçə restoranda spirtli içki satışı yoxdur. Üstəlik müştərinin kənardan gətirməsi də qadağan edilir. Amma əksər restoranlarda spirtli içki təklif edilir. Sürücülərin və sərnişinlərin buna münasibəti isə bərmanlı deyil.

Bəzi sürücülər isə spirtli içki satışına qarşı olmasalar da, sürücülərə satılmasının tərəfdarı deyillər.

Bəzi sürücü və sərnişinlər isə ümumiyyətlə yol kənarında spirtli içki satılmasını istəmirlər.

Məsələ ilə bağlı, restoranların da mövqeyini öyrənməyə çalışdıq. Müsahibə vermək istməsələr də, şifahi olaraq bildirdilər ki, tələbata uyğun olaraq müxtəlif cür sərindəşdirici və spirtli içkiləri müştərilərə təklif edirlər. Burada da sürücü və sərnişin olmalarına fərq qoymurlar. İçib-içməmək isə onların öz məsuliyyətindən asılıdr./Xezerxeber.az/

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 852          Tarix: 22-08-2017, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma