Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
İsti havada bir çox digər orqan və sistemlər kimi böyrəklər də güclü yükləmələrə məruz qalır.
İsti havada qan qatılaşır ki, onu təmizləmək böyrəklərə daha çətin olur. Məhz isti havadan böyrəklərdə daşların əmələ gəlməsi riski da artır.
İsti havada böyrəklərin sağlamlığını qorumaq üçün bu 5 sadə məsləhətə əməl edin:
- Gün ərzində tez-tez adi təmiz su için. Buna əks-göstərişlər yoxdursa gün ərzində 2 l su için. Susuzlaşmanın ən yaxşı “göstərici”si sidiyin rəngidir. Sidiyin rəngi açıq sarı olmalıdır. Bu o deməkdir ki, orqanizm susuzlaşmadan əziyyət çəkmir. Sidiyin rəngi daim tünddürsə, mayenin qəbulunu artırın.
- İsti havada spirtli içkiləri içməyin. Spirtli içkilər orqanizmin güclü susuzlaşmasına səbəb olur ki, bu da böyrəklər üçün ziyanlıdır.
- İsti havada həddindən artıq çay və qəhvə içmək də böyrəklər üçün olduqca ziyanlıdır ki, bu 2 içki də orqanizmdən mayeni xaric edir və nəticədə susuzlaşmanın inkişafına səbəb olur.
- Ətin istehlakını azaldın. İsti havada ətin həddindən artıq istehlakı böyrəklər üçün ziyanlıdır ki, bu zaman böyrəklər çox yüklənir.
- Qidalanmanızda böyrəklər üçün faydalı olan qarpız, yemiş, xiyar, kələm, kök, göyərtilər kimi məhsulların miqdarını artırın. /Saglamolun.Az/
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar