Xəbər lenti

 

Türkmənistanda spirtli içkilərin satışı qadağan edilib.

Yerli mətbuat yazır ki, artıq bir çox yerlərdə spirtli içkilərin satıldığı mağazalar bağlanıb.

Məlumata görə, qadağa oktyabr ayınadək davam edəcək. Bu barədə rəsmi məlumat olmasa da, yerli sakinlər faktı təsdiqləyiblər.

Bildirilib ki, spirtli içkilərin satışı Aşqabadda keçiriləcək V Asiya Oyunlarına görə qadağan olunub.

Qeyd edək ki, Asiya Oyunları sentyabrın 17-dən 27-dək keçiriləcək. Ölkədə bütün dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib. /Virtualaz.org/




Ana səhifəyə qayıt        Baxış: 609          Tarix: 19-08-2017, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma