Xəbər lenti

  Hər şey qədərində gözəldir. İstənilən məsələdə hədd aşılanda hökmən problem yaranır. Elə insan orqanizmində də belədir. Orqanizmin gündəlik qəbul etdiyi bir çox şeylər var ki, onların istifadəsində dozası aşılanda insan ölümlə üz-üzə qalır.Öldürücü doza deyəndə çoxlarımız elə düşünürük ki, bu yalnız narkotik vasitələrə aiddir. Ancaq insanı ölüm həddinə çatdıran təkcə narkotiklər deyil. Alkoqollu içkilərin artıq dozası insanını ölümünə səbəb ola bilər. Əgər bir adam bir oturuma 3 şüşə araq içərsə artıq o ölümlə üz-üzə dayanıb. Bədən çəkisinin hər kiloqramına düşən 6-12 qram spirt öldürücü doza sayılır.Vitaminlər orqanizm üçün olduqca zəruridir. Vitamin çatışmazlığı avitaminoz adlanır ki, bunun da nəticəsində sağlamlıq üçün problemlər yaranır. Həddindən artıq dozada vitaminlərin qəbulu isə gipervitaminoza səbəb olur ki, bu da orqanizmi zəhərləyir və ağır formada insanın ölümünə səbəb olur. Buna görə də vitamin həblərini qəbil edərkən diqqətli olmaq lazımdır.Günəş şüalarının faydası haqqında çoxlarımız məlumatlıyıq. Amma təəssüf ki, elə çoxlarımızın da günəş şüasının nə qədər qəbul edilməsi haqqında anlayışımız yoxdur. Səkkiz saatdan artıq günəş şüalarının altında qalmaq ölümlə nəticələnə bilər.Nikotin çox güclü zəhərdir. Hərçəndi biz bu zəhərə böyük səxavətlə pul xərcləyirik. Bədən çəkisinin hər bir kiloqramı üçün 0.5-1 mq nikotin öldürücü doza sayılır. Bu təxminən bir dəfəyə 95-100 siqaret çəkmək deməkdir.Duzdan istifadə etmədən heç bir insan yaşaya bilməz. Əgər qida rasionundan duz tamamilə çıxarılarsa on gündən artıq yaşamaq olmaz. İnsanın gündəlik duz norması 1.5-4 qram olmalıdır. Duzdan artıq dozada istifadə etmək sağlamlıq üçün ciddi problemlər yarada bilər. Əgər bir oturuma insan 250 qram duz yeyərsə bu ölümlə nəticələnər.Gündəlik istifadə olunan qəhvənin, çayın, kolanın tərkibində olan kofeinin də artıq dozası yaxşı heç nə vəd etmir. 10 qram kofein insan üçün öldürücü dozadır. Bu təxminən 4-5 litr kofe deməkdir.Su həyatdır. Amma onu da artıq içəndə ciddi problemlərlə üzləşmək ehtimalı yaranır. Gün ərzində 8-10 litr su içmək insanı əbədi olaraq sudan məhrum edə bilər.uxarıdakıları nəzərə alıb həddi gözləmək lazımdır, yoxsa ölüm riski ilə üz-üzə qalmaq ehtimalı yaranar.
İlham Cəmiloğlu

 




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 12-06-2017, 23:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent