Xəbər lenti

ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra Vaşinqton və Tehran mümkün razılaşmanı müzakirə edirlər.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Bunu etdikdən sonra (İranın nüvə obyektlərinə zərbələr – red.) biz indi elə bir nöqtədəyik ki, İran, mən və bəzi başqa adamlar ilə razılaşmanı müzakirə edirlər. Bu, çox fərqli İrandır", - deyən Tramp Tehran və Vaşinqton arasında hansı razılaşmanı nəzərdə tutduğunu açıqlamayıb.

2025-ci ildə İran-ABŞ nüvə danışıqlarının beş raundu heç bir razılaşma olmadan başa çatıb.




Ana səhifəyə qayıt        Baxış: 3 044          Tarix: Bu gün, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma