Xəbər lenti

Siz Amerika rəsmilərinə bir həqiqəti çatdırmağa çalışmalısınız ki, İran öz fundamental siyasətlərinə əsaslanaraq, heç vaxt nüvə silahı əldə etməyə səy göstərməyəcək.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İsveçrənin yeni səfiri Olivier Bangertrenin etibarnaməsini qəbul edərkən deyib.

“ABŞ və bəzi Avropa ölkələri tərəfindən bizim nüvə proqramına qarşı mənfi təbliğat və əsassız spekulyasiyanın heç bir real əsası yoxdur”, - o əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: Bu gün, 10:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma