Xəbər lenti

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi sahədə yeni saziş müzakirə edilir.

Trend-in məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında Azərbaycan, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumun təsdiq edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi çox vacibdir. Bu, hər region üçün vacib əhəmiyyət kəsb edir, həm də bütün dünyaya bir mesajdır.

S.Seyidov qeyd edib ki, bu əlaqələr iqtisadi, mədəni və humanitar sahədə deyil, o cümlədən hərbi sahədə yüksək səviyyədə inkişaf edir: “Güclü orduya sahib Azərbaycan Türkiyənin və Gürcüstanın da dəstəyinə malikdir. Bu, Azərbaycan üçün çox vacib və əhəmiyyətlidir”.

Memorandum Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 129          Tarix: 14-09-2018, 16:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent