Xəbər lenti

Qapılardan dibçək asılıb. Üzüm tənəyi pəncərələrə sarmaşıb. İlk baxışdan bağı xatırladan bu məkan Bakının Masazır qəsəbəsi Əliağa Vahid küçəsidə yerləşir. Baxımsız vəziyyətdə olan küçə Səyyar Quliyevin sayəsində gülüstana dönüb.

Ovqat.com bildirir ki, 3 il əvvəl bura köçən Səyyar Quliyev küçəni bağa döndərmək qərarına gəlib. Əkinə yararsız olan torpağı becərmək uzun zəhmət sayəsində mümkün olub. Hazırda isə küçənin hər iki tərəfində meyvə-tərəvəz yetişir. Yoldan ötənlər, bazara getmək istəməyənlər buranın meyvəsindən dərirlər.

Sahəsi 400 kvadratmetrə yaxın olan küçədə çoxu bar verməklə 100-dən çox ağac var. Səyyar Quliyev gündə iki dəfə olmaqla onları sulayır. Küçənin abadlaşdığını görən 4 qonşu da bu təşəbbüsə qoşulub. Küçədə tingi 18 manata olmaqla 13 çinar və bahalı 20 zeytun ağacı əkilib.

Həvəskar bağban yayın əvvəlində şaxələnən ağacların sayəsində küçənin yaşıllığa büründüyünü deyir. Küçə sakinləri əvvəllər zülmətə qərq olan yola işıq da çəkiblər. İlan və qaranlığa görə yolunu dəyişənlər, indi bu yerdən park kimi istifadə edirlər. Onların tək arzusu yola asfalt çəkilməsidir. Yolun asfaltlanacağı təqdirdə küçənin digər qəsəbə sakinləri üçün örnək bir məkana çevriləcəyini deyirlər. /xezerxeber.az

 

Videonu izləmək üçün şəklə klikləyin:
Hər gələn dərib gedir: Həvəskar bağban küçəni bağa döndərib




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 25-09-2017, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma