Xəbər lenti

 

Dənizkənarı bulvarda bakının ən böyük yolkası quraşdırılır. Yolkanın hündürlüyü 35 metr olacaq. Bununla yanaşı, bulvar idarəsi tərəfindən ərazidə yeni il yarmarkalarının da təşkil edilməsi nəzərdə tutulub.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın ən böyük yeni il yolkası belə quraşdırılır. Böyüklüyünə görə Avropada ikinci yerdə olan Bakı bulvarı yeni ilə hazırlaşır.
Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidovun sözlərinə görə, hazırlıq tədbirləri çərçivəsində "Neftçilər" prospekti istiqamətində ağacların işıqlandırılmasına və Kukla teatrının yanındakı böyük meydanda yolkanın quraşdırılmasına başlanılıb. Yolkanın hündürlüyü 35 metr olacaq.
Bulvarda quraşdırılan yolkanın ətrafında şaxta baba və qar qız da olacaq. Vətəndaşlar onlarla ödənişsiz şəkil də çəkdirə biləcəklər.
Bulvarda yeniliklər də olacaq. Vətəndaşların rahat alış-verişi üçün bayram yarmarkalarının təşkil edilməsi nəzərdə tutulub.
Bundan başqa, ''Azneft'' meydanı və Qız Qalasının yanında da yolkaların qurulmasına başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 805          Tarix: 9-12-2017, 21:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma