Xəbər lenti

 Yay günlərində əhalinin istirahət etmək üçün üz tutduğu məkanlardan biri də Dənizkənarı Milli Parkdır. Burada cəmiyyətin müxtəlif zümrələrində təmsil olunan insanlara rast gəlmək mümkündür. Paytaxt sakinləri bəzən buradakı restoran və kafelərdə çayın qiymətindən, xidmət formatından narazılıq edirlər.

Məsələ ilə bağlı araşdırma aparan Axar.az bəzi məkanlarda çayın qiymətinin həddindən artıq baha olduğunu, bəzilərində isə sadə çay verilmədiyini aşkara çıxarıb.

“Rast&Cafe”də sadə çay sifarişi qəbul edilmir. Burada çay çərəz ilə 10 AZN, mürəbbə və şirniyyatlarla birlikdə isə 5-11 AZN-dir.

“Armudu” kafedə sadə çay 2 AZN, şokolad və mürəbbə ilə isə 5-8 AZN-arası dəyişir.

“Şam Bulvar” çay evində sadə çay 1 AZN olsa da, burada da sadə çay sifarişi qəbul edilmir. Siz “Şam Bulvar”da yalnız yemək sifarişi verdikdən sonra çay içə bilərsiniz.

“Mirvari” restoranında sadə çay 3 AZN olsa da, yalnız çay, şokolad, çərəz ya da çay, şokolad, mürəbbə ilə birlikdə sifariş vermək mümkündür. Bunun da qiyməti 15-25-35 AZN olur. Axşam saatlarında restoranın yuxarı hissəsində çay verilmir.

Dənizkənarı Milli Parkda ən bahalı restoran “Sahil” kafesidir. Burada adi çayın qiyməti 3.50 AZN nəzərdə tutulsa da, siz 5 nəfərlik qrup şəklində restorana getmisinizsə, adambaşına 15 manatlıq menyu sifariş verdikdən sonra çay içə bilərsiniz. Əgər qrupunuz 5 nəfərdən çoxdursa, adambaşına 7.50 AZN-lik menyu sifariş verdikdən sonra çay sifarişi vermək olar.




Ana səhifəyə qayıt        Baxış: 1 084          Tarix: 14-07-2017, 00:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma