Xəbər lenti

Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə “Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 26-11-2018, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma