Xəbər lenti

“Azərbaycanla Türkiyə arasında təhsil əlaqələri yüksək səviyyədədir”. 

 APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat bildirib. O, hazırda 15 min azərbaycanlı tələbənin Türkiyədə təhsil aldığını qeyd edib: “Bu çox ciddi rəqəmdir. Türkiyədə oxuyan əcnəbi tələbələrin arasında azərbaycanlı gənclər ilk sıradadır”.

 Təhsil müşaviri qeyd edib ki, Azərbaycanda isə Türkiyədən 3 min tələbə təhsil alır: “Hər iki ölkə tələbələrinin təhsil aldıqları sahələr fərqlidir. Azərbaycandan Türkiyəyə gedən tələbələr memarlıq, tibb, mühəndislik, iqtisadiyyat və turizm sahələrində təhsil almağa maraq göstərir. Bu sahələrə bir neçə ildə də tələbələrin marağı artıb. Türkiyədən Azərbaycana gələn tələbələr isə əsasən, tibb sahələri üzrə təhsil almağa üstünlük verir. Bundan başqa, pedaqoji, psixoloji, memarlıq, inşaat və digər sahələrdə də təhsil alan tələbələrimiz var”.




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 27-10-2017, 15:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent