Xəbər lenti

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin keçirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik işin aparılması" layihəsinin icra planına uyğun olaraq 30 oktyabr 2019-çu il tarixdə saat 14.00-da Sabunçu rayonun Gənclər evində könüllülərdən ibarət monitorinq qrupunun yaradılması və mövzu ilə bağlı onlara təlim keçirdi.

Ovqat.com-ın məlumatına görə, təlimi giriş sözü ilə açan layihə rəhbəri Gülayə Səfərova Layihə çərçivəsində 2 regionda (Ağdaş, Yevlax) və Bakı şəhərindəki məktəblərdə (Sabunçu, Suraxanı və Binəqədi) təhsildən yayınan və məcburi əməyə cəlb edilən, eləcə də küçələrdə dilənməyə məcbur edilən uşaqlarla bağlı monitorinqlər keçiriləcəyi və potensial insan alveri qurbanlarının müəyyən edilərək onlarla fərdi profilaktik iş aparılacağı barədə təlim iştirakçılarına məlumat verdi. Təlimdə iştirak edən DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru İbrahim Əhmədov insan alveri probleminin bu gün bütün dünya cəmiyyətlərinin əsas sosial bəlalarından biri olduğu,xüsusilə təhsildən yayındırılıb, məcburi əməyə və dilənməyə cəlb edilərək istismar edilən uşaqların potensial qurbana çevrilməsi, bu problemlə mübarizə istiqamətində ölkəmizdə insan alveri ilə mübarizə, bu tip hərəkətlərə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası istiqamətində mühüm işlərin görülməsi ilə bağlı təlim iştirakçılarını məlumatlandırdı, təlimdə iştirak edən “Mərhəmət kimsəsizlərə yardım” İB-nin sədri İradə Polad, “Gənclərin həmrəyliyi” İB-nin sədri Zülfiyyə Nuriyeva, “Müasir Azərbayçan qadını” İB-nin sədri Kəmalə Muradlı və sayt rəhbəri Nicat Baxşəliyev və Hürriyyət qəzetinin müxbiri Mətanət İmanquliyeva mövzu ilə bağlı öz dəyərli fikirləri ilə təlim iştirakçılarını məlumatlandırdılar. Daha sonra təlimçi Fariz Əkbərov könüllülərdən ibarət yaradılmış monitorinq qrupuna təlim keçdi. Təlimdə əsasən gənclər və məktəb müəllimləri çoxluq təşkil edirdi.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi  "Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı təlim keçirdi - FOTO

Ana səhifəyə qayıt        Baxış: 94          Tarix: 31-10-2019, 19:18      

Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent