Xəbər lenti

 

Ovqat.com islam.az-a istinadən İmam Rzadan ibrətli hədisləri təqdim edir

"Yaxşı əməli gizlədənin (yəni xeyir əməli gizli, riyasız edənin) savabı yetmiş xeyir əməlin savabı qədərdir. Pis işi açıq-aşkar edən şəxs (Allahın cəzası ilə) əskilər. Pis əməli gizlədən (yəni başqasının günahını üzə vurmayan) şəxs bağışlanar".

"Hər kim az ruziyə qane olsa, Allah da onun az əməlini qəbul edər".

"Hər kim Allaha hüsni-zənn ilə yanaşsa, Allah onunla həmin zənnə uyğun rəftar edər".

"Müsəlmana qarşı cığallıq edən, ona zərər vuran və onu aldadan kəs bizdən deyil".

"Bəndə bu üç xasiyyətə yiyələnməsə, imanın həqiqətinə çata bilməz: dini (araşdırıb) öyrənmək, dolanışıqda ölçüyə riayət etmək və müsibətləri səbirlə qarşılamaq".

"Ali-Mühəmmədə olan sevginizə arxalanıb saleh əməllər etməkdən və ibadətdə çalışqanlıq göstərməkdən əl çəkməyin. İbadətinizə arxalanıb Ali-Mühəmmədi sevməkdən boyun qaşırmayın. Bunların biri olmadan o birisi qəbul edilməz".

"Kim öz nəfsini hesaba çəkdisə, qazanc əldə etdi. Kim bundan qafil oldusa, ziyana uğradı".

"Əgər insanlar yeməyi azaltsalar, bədənləri xəstələnməz".

"Mal-dövlət (kiminsə əlində) bu beş xasiyyət olmadan cəmləşməz: möhkəm paxıllıq etmək, çoxlu arzu-xəyal qurmaq, güclü hərisliyə sahib olmaq, qohumlarla rabitəni kəsmək və axirəti dünyaya qurban vermək".

"Rəhbərdən bərabərliyə və ədalətə riayət etmək tələb olunur: düz danışsın, hökm verərkən ədalətli olsun və vədinə əməl etsin".

"Xəstəlik mömin üçün paklanmaq və mərhəmətdir, kafir üçünsə əzab və lənətdir. Xəstəlik mömindən o vaxta kimi ayrılmaz ki, bütün günahları yox olsun".

"Bizim tərəfdarlarımız o kəslərdir ki, əmrlərimizə tabe olarlar, sözümüzü qəbul edərlər, düşmənlərimizə qarşı əks tərəfdə durarlar. Hər kim bu cür olmasa, bizdən deyil".

"Hər gün ətirdən istifadə etməyi tərk etməyin. Mümkün deyilsə, iki gündən-bir ətirdən istifadə edin. Alınmasa, bunu hər cümə günü edin".

"Mələklər Adəm oğlunun ruzisini gün doğandan Günəş çıxana kimi bölərlər. Kim bu zaman fasiləsində yatsa, ruzidən məhrum qalar".

"Şübhəsiz, sükut hikmət qapılarından biridir. Sükut (insanlar arasında) sevgi yaradır və bütün xeyirlərə doğru bələdçidir".

"Söz güləşdirmək, malı tələf etmək və hey başqalarından nə isə istəmək Allah-Təalanı qəzəbləndirər".

"İnsanlar üçün elə bir zəmanə gələcək ki, salamatlıq on hissə olacaq. Bunun doqquzu camaatdan kənar gəzmək, biri də sükut olacaq".

"Paxıl adamın rahatlığı olmaz. Həsəd aparan adam heç nədən ləzzət ala bilməz. Hökmdarlarda vəfa, yalançılarda insaf olmaz".

(Hədislər "Bihar əl-ənvar" və "Üyun əxbar əl-Riza" kitablarındandır).




Ana səhifəyə qayıt        Baxış: 1 193          Tarix: 8-08-2017, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma