Xəbər lenti

ABŞ-dan Bərzaniyə xəbərdarlıq: “Sərhədlərin dəyişdirilməsi…”

ABŞ Dövlət Departamenti sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendum ilə əlaqədar mövqeyini açıqlayıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun sözçüsü Hezer Nauert (Heather Nauert) yazılı bəyanatında sərhədlərin dəyişdirilməsinə yönəlik hərəkətlərə qarşı olduğunu bildirib.

O, referendum barədə kürd muxtariyyətinin təktərəfli qərar qəbul etməsindən təəssüf hissi keçirdiklərini qeyd edib.

“Bu addımın kürd muxtariyyəti və xalqı üçün qeyri-sabitlik və çətinlikləri artıracağına inanıram”, - bəyanatda deyilir.

Nauert ABŞ-ın federal, demokratik və çiçəklənən bir İraqı dəstəkləməkdə davam edəcəyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 833          Tarix: 26-09-2017, 14:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma