Bəşər Əsəd qüvvələrinin Suriyanın Həma vilayətində rejim idarəsindəki bölgədə 1 aydan çoxdur mühasirədə qalan minlərlə vətəndaşa atəş açdığı ortaya çıxıb.
Axar.az xəbər verir ki, bu haqda məlumat yayan BMT 80 nəfərin eyni anda qətlə yetirildiyini açıqlayıb. BMT sözügedən hadisəni “Soyqırıma bənzər bir səhnə” sözləri ilə ifadə edib.
Məlumata görə, 8 min mülki şəxs İŞİD terror təşkilatı ilə rejim qüvvələrinin arasında qaldığı üçün müxaliflərin olduğu əraziyə keçmək istəyib. Əsəd rejimi vətəndaşlara icazə versə də, sonradan atəş açaraq aralarında qadın və uşaqların da olduğu 80 nəfəri öldürüb.
Qeyd edək ki, Suriyada 2011-ci ildən etibarən davam edən vətəndaş müharibəsində 500 mindən çox mülki şəxs həyatını itirib, milyonlarla Suriyalı qaçqın düşüb.
Paylaş: