Xəbər lenti

3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır.

Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, hazırda bu iş yekunlaşıb: “Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür”.

İ.Axundov bildirib ki, Dövlət Komissiyasında 1 sentyabr 2017-ci il tarixə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: “Onlardan 3126 nəfəri hərbçi, 742 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocalardır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfərinin intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub. Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub”.




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 12-09-2017, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma