Xəbər lenti

Prezident Bəşər Əsədin oğlu Hafez Bəşər Əsəd bildirib ki, ölkədə baş verənlər onu dəhşətə gətirir.

Publika.az xəbər verir ki, bu barədə o, Braziliyanın “Globo” media agentliyinə danışıb.

"Digərləri kimi mən də adi Suriya vətəndaşıyam. Bu, vətəndaş müharibəsi, deyil, insanlar bizim evimizi ələ keçirməyə gəliblər. Bu, xalqa qarşı müharibər. Əhali və hökumət artıq qəsbkarlara qarşı birləşməlidir", - deyə kiçik Əsəd bildirib.

Onun sözlərinə görə, o, Suriyadan getmək istəmir və münaqişənin tezliklə başa çatdırılacağına ümid bəsləyir.

Hafez Bəşər Əsəd hazırda Braziliyada ölkə yığmasının üzvü kimi riyaziyyat olimpiadasında iştirak edir.

Məlumat üçün bildirək ki, hüquq müdafiəçilərinin qiymətləndirmələrinə görə, Suriyada 330 min nəfər hərbi əməliyyatların qurbanı olub. Həlak olanların arasında 100 minə yaxın mülki şəxs, o cümlədən 18 mindən artıq uşaq və 11.5 min qadın var. Hökumət qüvvələri və onların müttəfiqləri təxminən 117 min hərbi qulluqçusunu itirib.




Ana səhifəyə qayıt        Baxış: 831          Tarix: 19-07-2017, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma