Xəbər lenti

Britaniya Əsədlə bağlı NÖQTƏNİ QOYDU: “Ruslar anlasın ki...”

Böyük Britaniya, ABŞ və başqaları Bəşər Əsəd rejimindən siyasi keçid olmayacağlı halda Suriyanın bərpasını dəstəkləməyəcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib.

“Biz hesab edirik ki, siyasi prosesin irəliləyişi üçün tək üsul Bəşər Əsəd rejimindən siyasi keçiddir. İranlılar, rusiyalılar və Əsəd rejimi anlamalıdır ki, Əsəd rejimindən siyasi keçid olmayacağı halda Suriyanın bərpasını dəstəkləməyəcəyik. Bunu BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi də tələb edir”, - Britaniya xarici siyasət idarəsinin başçısı deyib.




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 19-09-2017, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma