Türkiyə cənub sərhədlərində ABŞ-ın dəstəyi ilə PKK/PYD terror təşkilatının qurmaq istədiyi “terror dəhlizi”ni dörd mərhələli əməliyyatla yerlə bir edəcək.
Publika.az xəbər verir ki, Türkiyənin İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb.
BİRİNCİ MƏRHƏLƏ: Hatay-Rehyanlı sərhəd xəttindən keçərək, İdlibə girən kəşfiyyat qrupunun Azad Suriya Ordusu ilə birlikdə ilk hədəfi Dar ta İzzah bölgəsini təmizləməkdir. İdlibdəki terrorçuların təmizlənməsi üçün həyata keçiriləcək “süpürmə əməliyyatı” bu bölgədən idarə olunacaq. İdlibin terrorçulardan təmizlənməsi ilə İdlib-Dar ta İzzah xətti “keçid dəhlizi”nin ilk etapı olacaq.
İKİNCİ MƏRHƏLƏ: İkinci hədəf “keçid dəhlizi”ni “Fərat Qalxanı” bölgəsinə çatdırmaqdır. “YPG-ni boğma əməliyyatı” çərçivəsində terrorçulardan təşkil edilmiş Suriya Demokratik Güclərinin (SDG) nəzarətindəki Afrinin cənubundakı Cindərəsi ilə Hələbin şimalında ərəblərin kompakt yaşadığı Tel Rıfat ərazisi təmizlənəcək, burada “təhlükəsizlik bölgəsi” yaradılacaq. Beləliklə, Afrinə Tel Rıfat bölgəsindən girmək təmin ediləcək.
ÜÇÜNCÜ MƏRHƏLƏ: YPG-nin (PYD-nin silahlı gücü) nəzarətindəki Menbiçlə Afrin arasındakı bağlantı xətti kəsiləcək. Qərbdən və cənubdan mühasirəyə alınacaq Afrin nəzarətə götürülərək, İdlibin “təhlükəsizlik bölgəsi” elan ediləcək. Bunun üçün Afrinə şərqdən “Cənub Fərat əməliyyatı” ilə müdaxilə ediləcək. Bununla həm də PKK/PYD-nin Türkiyə sərhədindəki strateji əhəmiyyətli Minnak hərbi hava bazasındakı təsiri və Amanos keçid xətti qırılacaq.
DÖRDÜNCÜ MƏRHƏLƏ: Bu mərhələdə “Qərbi Fərat əməliyyatı” həyata keçiriləcək. Hədəf İŞİD-ə qarşı müharibə bəhanəsi ilə Menbiçə yerləşdirilən və Türkiyənin “qırmızı xətti”ni tapdalayaraq, Fəratın qərbinə keçən YPG-ni qovmaqdır. Menbiç terrorçulardan təmizlənəcək və YPG Fəratın şərqinə qovulacaq. Bununla həm də PKK/PYD terror təşkilatının tarixi ərəb şəhəri olan Menbiçdə demoqrafik qurulu dəyişdirmək oyununun qarşısı alınacaq, şəhər yenə də öz sahiblərinə - ərəblərə veriləcək.
Paylaş: