Ukraynanın "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Pyotr Poroşenkoya silahlı qüvvələrdə etdiyi oğurluğa görə öz əlini kəsməyi təklif edib.
“Report” xəbər verir ki, partiya lideri Poroşenkonu ordunun təmin edilməsi üçün saxta müqavilələr hesabına büdcədən böyük miqdarda vəsaitlər mənimsəməkdə ittiham edib.
Timoşenko xatırladıb ki, Poroşenko bundan əvvəl orduda korrupsiya ilə məşğul olanların əlini kəsəcəyini vəd edib.
"Mən eşidəndə ki, onlar ordudakı bütün korrupsionerlərin əlini kəsəcəklər, fikirləşdim ki, bəs onlar bundan sonra belə müqavilələri necə imzalayacaqlar", — deyə Timoşenko Ukrayna televiziyasının efirində bildirib.
Bundan əlavə, Timoşenko Poroşenkonu kəsilmiş başının yerinə yenisi çıxan üçbaşlı əjdaha ilə müqayisə edib.
Paylaş: