Xəbər lenti

Rusiyanın “Birinci kanal”ında Ukrayna prezidenti Pyotr Poroşenkonun qardaşı Mixailin qətli ilə bağlı sensasiyalı material yayılıb.

Publika.az elise.com.ua saytına istinadən xəbər verir ki, kanalın efirində çıxış edən jurnalistlər, siyasətçilər və politoloqların sözlərinə görə, Ukrayna prezidenti öz doğma qardaşının qətlini sifariş edib.

Jurnalist Konstantin Dolqov isə iddia edib ki, onda Pyotr Poroşenkoya qarşı cinayət işi haqqında məxfi sənədlər var. O bildirb ki, sənədlər Ukrayna prezidentinin qardaşının ölümü ilə bilavasitə əlaqəsini göstərir.

Qeyd edək ki, qardaşı Ukraynanın indiki prezidenti ilə birlikdə bizneslə məşğul olublar. Lakin Mixail 1990-cı illərdə müəmmalı şəkildə həlak olub.




Ana səhifəyə qayıt        Baxış: 793          Tarix: 19-08-2017, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma