Xəbər lenti

Türkiyə hökuməti yanında Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsi İraqın şərqinə 70 əməkdaş və humanitar yardım göndərməyə hazırlaşır.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirninin müavinin Rəcəb Akdağ bildirib.

Onun sözlərinə görə, İraqın şimalındakı antikonsitusion addım (sentyabrın 25-də bölgədə keçirilən “referendum”) zəlzələ baş verən rayonlara humanitar yardımdan imtinaya səbəb ola bilməz. Baş nazirnin müavini deyib ki, humanitar yardımla yüklənmiş təyyarələrin enəcəyi hava limanı müəyyənləşdirilir.

İnformasiyaya əsasən, xilasedicilərdən ibarət 30 nəfərlik qrup artıq Türkiyə-İraq sərhədindədir.

Bundan başqa, Türkiyə Qızıl Ay Cəmiyyətinin xətti ilə İraqa 3 min çadır göndəriləcək.

Qeyd edək ki, noyabrın 12-də İranla İraqın dövlət sərhədində 7,2 bal gücündə yeraltı təkanlar olub. Təbii fəlakət nəticəsində İranda 211 nəfər ölüb, 1600 nəfər isə yaralanıb. Zəlzələ nəticəsində İraqda 4 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb. 




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 13-11-2017, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma