Xəbər lenti

2011-ci ildə Suriyada böhran başlayan vaxtdan ABŞ tərəfindən yerli qaçqınlara ayrılan humanitar yardımın məbləği 7,4 milyard dollara çatıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

Vaşinqton suriyalı qaçqınlara əlavə olaraq 697 milyon dollar da yardım göndərib.

Qeyd olunur ki, bu vəsaitin 516 milyon dolları Suriyanın daxilindəki qaçqınlara, 88 milyonu İordaniya, 35 milyonu Türkiyə, 29 milyonu Livan, 15 milyonu İraq, 13 milyonu Misir və 2 milyonu bölgənin başqa ölkələrindəki qaçqınlara yönləndiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 904          Tarix: 22-09-2017, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma