Xəbər lenti

 Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində oreldə baş verən yanğın türk iş adamına məxsusdur.

Axar.az xəbər verir ki, türkiyə mediası Ərol Avgörənə aid “Leogrand” otelində yanğının qazanxanada meydana gəldiyi və nəticədə partlayış olduğunu qeyd edib.

Yanğın tez bir zamanda yuxarı mərtəbələrə yayılıb. Əraziyə cəlb olunmuş xilasetmə, yanğınsöndürmə briqadaları ilə yanaşı, otel personalının da yardımı ilə müştərilər təxliyə edilib.

Türkiyə mediası hadisə nəticəsində aralarında Türkiyə vətəndaşlarının da olduğu 12 nəfərin dünyasını dəyişdiyini, çox sayda insanın isə müxtəlif dərəcəli xəsarət aldığını qeyd edib.

Gürcüstan DİN-I də 12 nəfərin öldüyü barədə rəsmi açıqlama yayıb. Ancaq “İnterfaks”ın məlumatında isə bildirilir ki, yanğında 10 Gürcüstan vətəndaşı, 1 İran vətəndaşı olmaqla, 11 nəfər ölüb, 21 nəfər yaralanıb. 3 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 18 nəfər isə xəstəxanalara yerləşdirilib. Yaralılardan 5-i Türkiyə, 1-i İsrail, 12-si isə Gürcüstan vətəndaşıdır.

Qeyd edək ki, 2015-ci ilin iyulunda açılan otelin türk iş adamına məxsus olduğu üçün bura daha çox türk turistlərin gəldiyi bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 556          Tarix: 25-11-2017, 10:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma