Xəbər lenti

Rusiyanın Xanti-Mansi Muxtar Dairəsinin Nijne Vartovsk rayonunda neft quyusunda baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Energetika Nazirliyi yayıb.

Yanğın Nijne Vartovsk Neft-Qaz Çıxarma müəssəsinin Van-Yeqan neft-qaz kondensatı yatağında qeydə alınıb.

Məlumata görə, müxtəlif dərəcəli xəsarəti alan və yaralanan 8 nəfər xəstəxanaya yerləşdirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 11-08-2017, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma