Xəbər lenti

 

İngiltərədə mühacir və köçkünlərlə bağlı məsələlərin müzakirə olunduğu paytaxt Londonda “Lunar House” qarşısında toplanan yüzlərlə şəxs faşizmə, irqçiliyə və ayrı-seçkiliyə qarşı yürüş ediblər.

Ovqat.com Türkiyə mediasına istinadən xəbər verir ki, anarxist qrupların da dəstək olduğu nümayişdə bəzi qüvvələr arasında qarşıdurmaların baş verməsi diqqətlərdən yayınmayıb. İngilis polisinin sədd çəkərək nəzarət etməyə çalışdığı nümayişçilərdən 6 şəxs həbs edilib. İfrat sağçı qruplar mühacir və köçkünlərə qarşı şüarlar səsləndirərək irqçilik əleyhdarı olan qrupları təhrik etməyə çalışıblar.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 8-05-2017, 16:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma