Hidayət Elvüsal
Soyu-kökü bilinməyən, ailə arxivində qaranlıq bucaqlar olan şərəfsizlər növbəti dəfə, “növbətçi” mənəvi terrorçular iyrənc sifətlərini bir daha göstərdilər. Zamanında Fətullah Gülənin ayaqlarına döşənən Mustafa Ərməğan adlı birisinin TV-də aparıcısı olduğu “Dərin tarix” adlı proqramda bir sürü yenə səs-səs vermişdi.
Əvvəla onu deyək ki, Fətullah Gülənin keçmiş müridi Mustafa Ərməğan “Yeni Şafak” qəzetində çalışır. Apardığı proqram da həmin holdinqə aiddir. Yəni Albayraqların media qrupuna daxil olan bir sahədir. Prezident Rəcəb Tayyub Ərdoğanla qohum-qudası olan bu maqnatlar zaman-zaman Azərbaycan, onun rəhbərliyi haqqında da iftiralar yayırlar. Bəzilərini cavabını vaxtında vermişik. Amma Türk Dünyasının ən parlaq şəxsiyyətlərindən olan, hamı tərəfindən hörmətlə yad edilən Atatürkün bu və başqa yandaş-yaltaq media tərəfindən təhqir olunmasına da göz yuma bilmərik. Yaşadıqları ölkədə vəzifə, çağdaş yaşam tərzi qazanan qədirbilməz soysuzlar Cumhuriyyəti, onu quranları, yaşadanları gözdən salmaq üçün gecə-gündüz çabalayırlar.
Bu Ərməğanın etnik kökənli olması danılmazdır. Cumhuriyyət, Atatürk, Türk düşməni olan bu canlının iftiraları Türkiyəni ayağa qaldırdı. İqtidarda olan AKP-dən tutmuş digər partiyalara, adi vətəndaşlara kimi hər kəs bütün bunları qəzəblə qarşıladı. Bu Ərməğan lazdırmı, ermənidirmi, kürddürmü, ərəbdirmi… deyə bilmərik. Amma bir ölkənin, bir millətin çörəyini yeyib, onun dəyərlərini iftiralarla hədəf almaq ən azı şərəfsizlikdir.
Həmin proqramda Atatürkün anası Zübeydə xanımın, mənəvi qızının ünvanına söylənənlər ən azı alçaqlıqdır. Bəs, orada çıxış edən “qonaqlar” Həsən Akar və satqınlığı, əxlaqsızlığı ilə tanınan Süleyman Yaşılyurd kimdir?
Həsən Akar ötən dəfə bəhs etdiyimiz Nurçular təriqətilə məxsus dəstədəndir. Məqsəd, zehniyyət baxımından FETO-çülərdən fərqlənməyən Cumhuriyyət düşmənidir. İlbər Ortaylı - Türk tarixinin ən mükəmməl bilicilərindən olan alim bu qarğa haqqında belə dedi:
- Mənim anam bir kəndçi qadın idi. İşi-gücü çalışmaq, bizə tərbiyə vermək, oxumağımız üçün özünü oda-közə atan bir varlıq idi. Və biz elə bilirdik ki, ANA məhz belə olmalıdır, belədir. Anaların hamısını öz anamıza bənzədirdik. İndi özlərini tarixçi kimi uyduran bu təhrifçilər Zübeydə xanımdan söz açanda onu… öz analarına bənzədirlər. Yəni onların anası necə olmuşsa, bütün anaları belə görürlər.
Yəni onların kolvizion düşüncəli olmalarını alim belə izah edir.
Bəs, bu Süleyman Yaşılyurd kimdir? Atatürkün mənəvi qızından danışan bayquş. Bu “tarixçi” keçmiş polis işçisidir. Çirkin əməllərinə görə o sistemdən qovulub. Növbəti işi MİP lideri Dövlət Bahçəliyə çay süzmək olub. Məcazi mənada yox, həqiqətən oralarda çay işinə baxıb. Sonra da lotoreya oyunlarına rəhbərlik edən bir adamın ailəsinə soxulub. Qadını yoldan çıxarıb. Onunla gizli görüşləri olub və… başlayıb sevgilisini şantaj eləməyə. Guya (və bəlkə də həqiqətən) yataq epizodlarına aid videolar, səs qeydləri və s. olduğunu deyib, qadından pul istəyib. O da əlacsız qalaraq çayçı Süleymana pullar verib. Amma get-gedə çayçı qudurub, çox pul istəyib. Qadın hər şeyi ərinə etiraf edib. Çayçı Süleyman, keçmiş polis elə cinayət üstündə, növbəti dəfə şantaj yolu ilə pul alanda tutulub. Salıblar qoduqluğa. Bir xeyli türmədə avtoritetlərə çay verib… birdən olub tarixçi. Yəni bu keçmiş polis, çayçı, “türemşik” növbəti dələduzluğa əl atıb və əlbəttə, özünə bab olan Mustafa Ərməğanı tapıb.
Bu hadisə ilə bağlı bütün TV-ləri izlədim. Bu iki şərəfsizin ağzından çıxan sözləri heç birisi tam vermədi, verə bilmədi, eşidiləcək, ağıza alınacaq sözlər deyil, deyə.
İndi bu Ərməğan o gün İstanbul Universitetində məruzə etmək istəyirdi. Bütün tələbələr ayağa qalxdı, nümayiş keçirdilər və ona “Rəd dol!” dedilər. Təsəvvür edin, iş o yerə çatıb ki, Atatürkə qarşı düşmənliklərini gizlətməyən HDP-lilər də bu hadisəni qınadılar. Xalqın təpkisini görən AKP-lilər də dilə gəldilər. Baş nazir Bikəli Yıldırım da qınadı. Amma bir prezident Ərdoğanın da təpkisini görmək, eşitmək istərdik. Hələlik olmadı.
Prokurorluq isə çayçı Süleymanın və molla Akarın həbsinə qərar verib. Olar da qaçıb nur-çuların qaranlıq yerlərdə gizləniblər.
Amma bütün aydınlar - ən çox hörmət bəslədiyim isimlər bu şərəfsiz sürüsünə sözlərini dedilər. “İzmir marşı”nın ən gözəl ifaçılarından biri Haluk Ləvənd də “Yaşa Mustafa Kamal paşa!” nidalarını dünyaya yayan Haluk bəy!
Bəlkə də yeri deyil, amma gərəkli sanıram. Halukun bu möhtəşəm ifasından sonra, bəziləri mətnin sözlərinə dəyişiklik etmək istədilər. Ərdoğanın yurdunda, Rizədə “Yaşa, Rəcəb Tayyub Ərdoğan, yaşa” deyə küçədə-zadda oxudular.
Olmadı!
Trabzonda isə daxili işlər naziri Süleyman Soylunun şərəfinə söylədilər: “Yaşa Süleyman Soylu paşa, yaşa” deyə qışqırdılar.
Yenə olmadı!
Olmaz, arkadaş, olmaz! Tarixdə yaşamaq, millətin sevgisini, Türkün qələbəsini, bir müstəqil dövlət yaratmaq görəvini Allah-təala Qazi Mustafa Kamal Atatürkə verib!
Buradan özünüzə pay çıxarmayın!
Qabınız da, adınız da boş qalar.
Modern.az
Paylaş: