Xəbər lenti

 Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyevdə keçirilən Avroviziya-2017 beynəlxalq musiqi yarışmasının finalında iştirak etməyib.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, bu haqda prezident öz rəsmi Feysbuk hesabında yazıb.

Prezidentin Ukraynanın paytaxtında keçirilən finala qatılmamasının səbəbi şənbə günü Avdeyevka şəhərində baş verən atışma nəticəsində dörd ukraynalının həyatını itirməsidir.

“Avroviziya” respublikamız üçün olduqca əhəmiyyətli hadisədir. Lakin Avdeyevka şəhərində baş verənlərdən sonra mən və xanımım Marina Poroşenko müsabiqənin finalında itirak edə bilməyəcəyimizi anladıq”, – deyə Poroşenko öz rəsmi hesabında yazıb.

Xatırladaq ki, şənbə günü Donetsk mülki-hərbi administrasiyasının rəhbəri Pavel Jebrivski Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə gedən atışma nəticəsində dörd nəfərin həlak olduğunu açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 14-05-2017, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma