Ovqat.com Dia.az-a istinadən xəbər verir ki, aprelin 28-də Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Kiyev hökumətindən oğurladığı deyilən 1,5 milyard dolların qaytarılması prosesinə başlanılıb.
“Bu pul Ukrayna xalqından oğurlanıb. Bu pul hər bir ukraynalının cibindən çıxarılıb”, – Ukrayna prezidenti Petro Poroşenko deyib.
Milli Təhlükəsizlik və Müdafiə Şurası bildirib ki, Oscadbank dövlət əmanətləri bankı Yanukoviçin holdinqlərinin müsadirəsinə başlayıb. Bu barədə məhkəmə qərarı var.
Şuranın sədri Oleksandr Turcynov 1,5 milyard dolların dövlət büdcəsinə qaytarılacağını söyləyib.
Yanukoviç və müttəfiqlərinin sərvəti onun hökuməti 2014-cü ilin fevralında devriləndən sonra dondurulub. Keçmiş prezident hazırda Rusiyada yaşayır.
Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar