Xəbər lenti
 
Avroviziya-2016" yarışmasının qalibi qapalı gəlinlik geyindi və özündən 8 yaş kiçik oğlana ərə getdi
Ovqat.com Sputnik-ə istinadən xəbər verir ki, "Avroviziya-2016" yarışmasının qalibi, "Ukraynanın səsi" musiqi yarışının münsiflər heyətini üzvü Camala ərə gedib. Otuz üç yaşlı müğənni özündən 8 yaş kiçik olan sevgilisi Bəkir Süleymanovla evlənib. Cütlüyün nikah mərasimi Ukraynanın İslam Mədəniyyət Mərkəzində keçirilib.  Camala və Bəkir müsəlman qaydalarına əsasən toy ediblər. Gəlin nikah masasına qapalı gəlinlikdə oturub. Onların kəbinini də İslam dininin qaydalarına uyğun olaraq molla kəsib. Toyda məşhur simalardan heç kəs olmayıb. Camalanın həyat yoldaşı Simferopol şəhərindəndir. Cütlük 3 il öncə tanış olub. Bəkir tibb sahəsində çalışır və həvəskar futbol turnirləri keçirir.




Ana səhifəyə qayıt        Baxış: 1 205          Tarix: 26-04-2017, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma