Xəbər lenti

BMT-nin Təzminat Komissiyası Cenevrədə keçirilən iclas zamanı İraqın 1990-1991-ci illərdə zorla Küveytə daxil olması və işğalı zamanı dəyən ziyana görə 90 milyon dollar həcmində təzminatın ödənilməli olduğunu təsdiq edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu cümə günü komissiya nümayəndəsi bildirib.

Bu, 2014-cü ildə qaldırılan iddialar üçün ilk ödənişdir. Komissiyanın məlumatına görə, İraqın təhlükəsizlik sahəsində yaranan müstəsna çətin vəziyyət və fövqəladə büdcə problemləri səbəbindən İdarəetmə Şurası İraq hökumətinə üç dəfə öhdəliklərini yerinə yetirməsi üçün bir illik möhlət verib.

 




Ana səhifəyə qayıt        Baxış: 667          Tarix: 21-04-2018, 15:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma