İraq Səddam Hüseyn dövründən qalan 131 milyon dollarlıq borcu BMT-dən almağı, nəhayət, bacarıb.
Ovqat. com xəbər verir ki, bunu İraq XİN-nin sözçüsü Əhməd Camal bildirib.
Əhməd Camalın dediyinə görə, borc, illik 6%-lə geri alınıb.
İraqın bu pulu I Körfəz müharibəsi dövründən qalırmış. Xatırladaq ki, 1990-cı ilin 2 avqustunda Küveyti işğal edən İraq ağır sanksiyalarla üzləşmişdi. Dünya nəhəngləri ondan yalnız ölkənin ərzaq tələbatının ödənilməsi həcmində neft alırmışlar. Belə məlum olur ki, “ərzaq qarşılığında neft” razılaşmasına da tam əməl olunmayıb və satılan “qara qızıl”ın 131 milyon dolları ödənilməyibmiş
Əhməd Camal bu borcu zorla BMT-dən aldıqlarını da etiraf edib: “”Neft qarşılığında qida və dərman" proqramı çərçivəsində ödənməyən 131 milyon dolları uzun müzakirələrdən sonra BMT-də geri ala bildik”.
Paylaş: