Xəbər lenti

KİV-də Mançesterdə ölümlə nəticələnən hadisədən sonra şübhəlilərin saxlanıldığı bildirilib. 
Oxu.Az xəbər verir ki, iki adamın həbs olunduğu barədə məlumat yayılıb. 
KİV bildirib ki, “Mançester-Arena” stadionunda baş verən mümkün terror aktı nəticəsində 19 nəfər ölüb, 50 nəfər yaralanıb.  
Stadionda amerikalı müğənninin konsertinə gələn yetkinlik yaşına çatmayan tamaşaçıların olduğu foyelərdən birində mismarlarla dolu olan partlayıcı qurğu işə düşüb. 
Britaniyalı polis baş verən hadisəni terror aktı kimi qiymətləndirir. Həmçinin partlayışı kamikadze-terrorçunun törədə biləcəyi versiyası da mövcuddur. 
Stadionda iki güclü partlayışdan sonra təxliyə elan edilib. Bununla yanaşı, stadionun yaxınlığında yerləşən “Viktoriya” metro stansiyasının sərnişinləri də təxliyə edilib. Daha sonra KİV-də metro ərazisində partlamamış bombanın tapıldığına dair məlumat yayılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 619          Tarix: 23-05-2017, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma