Xəbər lenti
 
Misirin Tanta şəhərindəki bir kilsədə meydana gələn partlayışdan dərhal sonra İsgəndəriyyə şəhərində də bənzər hadisə yaşanıb.
Ovqat.com-un bildirdiyinə görə Tantadakı partlayışda, ən azı, 25 adam həyatını itirib, 71 nəfər yaralanıb. İkinci partlayışdaki itkilər barədə məlumat verilmir.
Misir dövlət televiziyası baş nazir Şərif İsmayılın hadisəylə əlaqədar məlumat almaq üçün Daxili İşlər naziri Mecd Əbdülqəffar ilə telefonda danışdığını bildirib. Daha sonra baş nazir mətbuata verdiyi açıqlamasında hadisəni "açıq bir terror hərəkəti" kimi xarakterizə edib.
Hadisənin məsuliyyətini İŞİD boynuna götürüb. “Müsəlman qardaşları” isə terror aktını pisləyib.
Məlumata görə, xristianlar bu gün İsa peyğəmbərin Qüdsdə girdiyi günü qeyd edirmişlər.
***
Hər iki şəhərdə baş verən ilk partlayışdan qısa müddət sonra Tanta şəhərində növbəti partlayış meydana gəlib. Yerli mətbuata görə, son hadisədə bir polis polis bölməsi hədəf alınıb.
Ötən dekabr ayında da paytaxt Qahirədə terror hadisəsi baş vermişdi. Nəticədə çoxusu qadın və uşaq olmaqla, ən azı, 25 nəfər həyatını itirmiş, 49 nəfər isə yaralanmışdı.
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 118          Tarix: 9-04-2017, 17:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma