Xəbər lenti

 

İngiltərənin şimal şəhəri Mançesterdə terror hadisəsi törədilib.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata əsasən şəhərin ən görkəmli konsert zalı Arenada partlama baş verib.

 

Mançester polisi terraktda ilkin məlumatlara görə, ən azıŞ 19 nəfərin öldüyünü, 50 adamın isə yaralandığını bildirilir.

Yerli vaxtla 22.30-də konsert salonunun çıxışında arxa-arxaya baş verən iki böyük partlayışın 'terror hücumu' olduğu rəsmən təsdiqlənib. İstər Mançester polis orqanları, istərsə də İngiltərə Baş naziri Theresa May hadisənin 'dəhşətverici terror hücumu' adlandırıb.

 

Parlayışların amerikalı müğənni Ariana Grandin konserti bitdikdən dərhal sonra baş verdiyi bildirilir. Konsert zalı 20 min nəfərlik tutuma sahibdir, ancaq hadisə vaxtı Arenada neçə adamın olduğu bilinmir.

Şahidlərin bildirdiyinə görə, partlayışlardan sonra zalın çıxışı 10-larla insanın cansız bədənlərindən keçilməz olub.

Son məlumata görə, ölənlərin sayı 22-yə yüksəlib, 59 yaralı var.




Ana səhifəyə qayıt        Baxış: 1 175          Tarix: 23-05-2017, 07:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma