Xəbər lenti

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri postunu özündə saxladığını bəyan edib.

Assoşieyted Press” agentliyi xəbər verir ki, baş nazir bu haqda televiziya ilə müraciətində bildirib.

“Bu gün ilk dəfə müdafiə naziri vəzifəsinə başlayıram”, – Netanyahu deyib.

Onun sözlərinə görə, ölkə təhlükəsizlik baxımından ən çətin dövrlərdən birini yaşayır.

Xatırladaq ki, noyabrın 14-də Avigdor Liberman Müdafiə Nazirliyinin başçısı vəzifəsindən istefa verib. O, qərarını hökumətin Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı döyüş əməliyyatlarını  dayandırmasıyla izah edib/Publika.az.

 




Ana səhifəyə qayıt        Baxış: 217          Tarix: 19-11-2018, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma