Xəbər lenti

 

Əfqanıstan prezidenti Əşrəf Qani İŞİD qruplaşmasının Əfqanıstandakı yuvasının dağıdılacağını vəd edib.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, prezident bu bəyanatla Kabulda toy mərasimində törədilən terror aktından sonra çıxış edib.

Partlayıcı qurğu şənbə günü yerli vaxtla saat 22:40-da paytaxtdakı toy salonlarından birində terrorçu-kamikadze tərəfindən işə salınıb. Son məlumata görə, partlayış nəticəsində azı 63 nəfər ölüb, 180-dən çox insan yaralanıb. Partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

“Biz İŞİD-in sığınacaqlarını bütün ölkəboyu məhv edəcəyik. İŞİD-ə qarşı mübarizə aktivləşdiriləcək”, - deyə Əşrəf Qani bildirib. Prezident əlavə edib ki, hadisə ilə əlaqədar ölkənin müstəqilliyinin 100-cü ildönümünün bayram edilməsi başqa vaxta keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 385          Tarix: 19-08-2019, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma