“Gələn həftə Suriyadan İŞİD-i faiz 100% təmizlədiyimizi rəsmən bəyan edəcəyik. Hələlik isə rəsmi açıqlamanı gözləmək istəyirəm".
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp İŞİD əleyhinə koalisiya qüvvələrinin Xarici İşlər nazirlərinin toplantısında deyib.
Çıxışında prezident seçildiyi gündən etibarən İŞİD-ə qarşı apardığı mübarizə barədə məlumat verən Trampın dediyinə görə, onun ölkə rəhbəri kimi ilk işlərindən biri Pentaqona gedərək İŞİD-i ortadan qaldıracaq plan hazırlanmasını istəmək olub.
İŞİD-in əvvəllər öz təbliğat fəaliyyətini internet üzərində qurduğunu bildirən prezident terror təşkilatının artıq bu sahədə təsirli olmadığını deyib. Tramp, həmçinin, İŞİD-ə qarşı mübarizədə koalisiya üzvlərinin böyük xidmətləri olduğunu bildirərək, İŞİD-in 60-dan çox rəhbərinin məhz müttəfiqləri sayəsində zərərsizləşdirildiyini vurğulayıb və onlara təşəkkürünü bildirib.
Paylaş: