Xəbər lenti

 

Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusu minaya düşüb.

DHA agentliyi xəbər verir ki, minanın işə düşməsi nəticəsində nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, dərəyə aşıb . Çox sayda ölü və yaralının olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin  vəziyyəti ağır qiymətləndirilir.

Hadisədən dərhal sonra əraziyə çox sayda xilasedici və təhlükəsizlik əməkdaşları cəlb edilib. Partlayıcı qurğunun PKK terrorçuları tərəfindən yol kənarına yerləşdirildiyi bildirilir.\\Redaktor




Ana səhifəyə qayıt        Baxış: 303          Tarix: 12-09-2019, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma