Xəbər lenti

İranın Fars əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Yeraltı təkanlar səhər saatlarında Kənartəxte şəhərində, 16 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, dünən də Fars əyalətinin Xeşt şəhərində eyni gücdə zəlzələ baş vermişdi.

Hazırda dağıntılar və mümkün itkilərlə bağlı məlumat açıqlanmayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 054          Tarix: Bu gün, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma