Xəbər lenti

 

Çaddakı qızıl mədəninin çökməsi nəticəsində ən az 52 nəfər ölüb, daha 37 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “AFP” hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl 30 ölünün olduğu deyilirdi.

Agentliyin həmsöhbətinin sözlərinə görə, xəsarət alanlar arasında 21 nəfərin vəziyyəti ağırdır. Ölənlərin sayının hələ də arta biləcəyi qeyd olunur. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

Çökmə bazar ertəsindən çərşənbə axşamına keçən gecə ölkənin şimal hissəsində, Liviya ilə sərhəd yaxınlığındakı Tibesti əyalətində baş verib. “AFP”-nin məlumatına görə, qeyri-qanuni qızıl mədənlərində yüzlərlə insan işləyir.




Ana səhifəyə qayıt        Baxış: 331          Tarix: 28-09-2019, 09:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma